Vaxt.Az

“Kömür”


 

Azərbaycanlı rejissorların İranda türklərin məruz qaldığı ayrı-seçkiliyə etirazı

“Kömür” Azərbaycanlı rejissor İranda türklərin sistemli şəkildə ayrı-seçkiliyə məruz qalmasına etiraz edərək hər zaman türkcə film çəkəcəyini bildirib.

Türk dilində hazırlanan “Kömür” filminin rejissoru İsmayıl Münsif “İnstqaram” səhifəsində Fəcr Film Festivalı məsullarının onun türkcə əsərinə laqeyd münasibətindən şikayətlənib.

O bildirib ki, “Kömür” filminə heç bir mükafat nəsib olmadı, hətta münsiflər heyəti həvəsləndirmək məqsədi ilə də olsa, filmin aktyorlarından birini belə mükafatlandırmadı.

“Şübhəm yoxdur ki, əgər film fars dilində və tanınmış bir ssenaristlə istehsal olunsaydı, bu gün onun taleyi tam fərqli olardı. Lakin mən deməliyəm ki, hər zaman türk dilində film çəkəcəm. O qövmün dilində ki, onun İran kinoteatrından payı yalnız bir sıra gülünc elementlərdən ibarətdir, hansı ki, hər bir izləyici ona gülür və İrşad İdarəsi tərəfindən heç vaxt senzura tətbiq olunmur. Bu, müxtəlif qövmlərin təhqir olunması deməkdir,”- deyə rejissor səhifəsində qeyd edib.

Türk dilində olan film o halda diqqətdən kənarda qalıb ki, bundan əvvəl film üzrə bir çox mütəxəssis və tənqidçi onu bəyənərək rejissorun işini yüksək qiymətləndiriblər.

“Kömür” filminin dastanında sərhədyanı bir kənddə yaşayan Qeyrət adlı birisindən bəhs olunur. Kömür istehsal etməklə məşğul olan Qeyrətin oğlu Yaşar qızıl oğurladığına görə həbs edilib. Bacısının toyuna görə məzuniyyətə çıxan Yaşar qəflətən yoxa çıxır, bu, Qeyrət üçün bir çox problem yaradır... .

 





05.05.2019    çap et  çap et