Vaxt.Az

“Nələr olacağını görəcəyik”


 

Trampdan İrana gözdağı

“Nələr olacağını görəcəyik” ABŞ Prezidenti Donald Tramp, İranın ABŞ-a qarşı hər hansı bir addım atması halında qarşılığının “ağır” olacağını söyləyib.

Macarıstanın Baş naziri Viktor Orbanı Ağ Evdə qəbul edən ABŞ Prezidenti Tramp, ABŞ-İran gərginliyinə dair açıqlamalar verib.

İran ilə artan təzyiqin necə bir nöqtəyə gələcəyini zaman içində ortaya çıxacağını qeyd edən Tramp, “İranla nələr olacağını görəcəyik. Əgər bir şey etsələr bu çox pis bir səhv olar. Əgər bir şey (ABŞ-a qarşı) etsələr qarşılığı ağır olar”,- deyib.

İranın son dövrdəki addımlarını “hədələyici” kimi dəyərləndirən ABŞ Prezidenti Tramp, keçən həftə Ağ Evdə verdiyi son açıqlamada, həm də üstü bağlı olaraq Tehranı təhdid etmiş, həm də yeni bir nüvə müqaviləsi üçün İranlı liderlərlə danışmağa açıq olduğunu söyləmişdi.

 





14.05.2019    çap et  çap et