Vaxt.Az

“Düyməni eyni yerdən basırlar”


 

“Neft çıxaranda Azərbaycan təhlükəli deyildi, amma ...?”

“Düyməni eyni yerdən basırlar” Bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalışırlar.

Bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.

S.Novruzov bildirib ki, həmin dairələr idmanı siyasətə qatırlar: “Böyük Britaniya şirkətləri burada fəaliyyət göstərəndə, neft çıxaranda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur? Sapı özümüzdən olan baltaların hərəsinə erməni lobbisi tərəfindən maliyyə vəsaiti verilib ki, Azərbaycanın həyata keçirdiyi işlərə, iqtisadi islahatlara kölgə salsınlar”.

Deputat bildirib ki, postsovet məkanında Avropa İttifaqı ilə Azərbaycan qədər əməkdaşlıq edən ikinci bir ölkə yoxdur:

“Bu qədər görülən işləri qoyurlar bir kənara, başlayırlar qarayaxma kampaniyası aparmağa. Xaricdə olan bəzi azərbaycanlılar ermənilərlə eyni vaxtda fəaliyyətə başlayırlar. Düyməni eyni yerdən basırlar. Bütün Azərbaycan cəmiyyəti Prezidentin siyasətini dəstəkləyir”.

S.Novruzov qeyd edib ki, ölkəmizə qarşı çirkin kampaniya aparan həmin şəxslərə cavab verilməlidir: “Siz bizi hədələməklə öz maraqlarınızı həyata keçirə bilməyəcəksiniz”.

 





21.05.2019    çap et  çap et