Vaxt.Az

“İran bizi axtaracaq”


 

Tramp: “Çox kədərli bir vəziyyətdir”

“İran bizi axtaracaq” ABŞ Prezidenti Donald Tramp, ABŞ-İran gərginliyinə dair “Twitter”dən yeni açıqlama verib.

“ABŞ-ın  yeni müzakirələr üçün Tehranla əlaqə qurmağa çalışdığı” barədə xəbərləri rədd edən Tramp, “Yalan xəbər mediası, heç bir məlumatı olmadan, ABŞ-ın İran ilə bir müzakirə qurmağa çalışdığı şəklində tipik bir səhv xəbər yayıb. Bu yalan bir xəbərdir. İran nə vaxt hazır olsa o zaman  bizi axtaracaq. O zamana qədər iqtisadiyyatları çökməyə davam edəcək. İran xalqı üçün çox kədərli bir vəziyyətdir”, deyə fikrini bitirib.

 





21.05.2019    çap et  çap et