Vaxt.Az

Çin də İrandan neft idxalını dayandırdı


 

Tehran ümidini itirməyib

Çin də İrandan neft idxalını dayandırdı Çin ABŞ sanksiyaları səbəbindən İrandan neft alışını dayandırıb. Məlumatı “The Wall Street Journal” yayıb.

Pekin bu addımı ABŞ-la gərginliyi artırmamaq üçün qəbul edib.

Bununla yanaşı, İran Çinə neft satışının yenidən başlayacağına dair ümidini itirməyib.

Qeyd edək ki, bundan əvvəl Hindistan, Türkiyə, Şimali Koreya, Yaponiya, Tayvan, Yunanıstan və İtaliya İran neftindən imtina etmişdi.

 





24.05.2019    çap et  çap et