Vaxt.Az

“Çox mübahisə etdik”


 

Medvedev Ermənistandakı yaşadığı olaylardan danışıb

“Çox mübahisə etdik” Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əsas məsələlər üzrə mübahisələr davamlı olaraq yaranır, Hökumətlərarası Şuranın İrəvanda keçirilən iclasında da elə oldu.

Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev “Rossiya 24” kanalına müsahibəsində deyib.

“Mübahisələr davam edir, bu normaldır və Ermənistanda keçirilən son tədbirimizdə də həm gündəlikdəki, həm də ikitərəfli məsələlərlə bağlı olduqca uzun çəkən mübahisələrimiz oldu”, - deyə Medvedev bildirib.

Rusiya Baş naziri gələcəkdə mübahisələrin Aİİ məhkəməsi tərəfindən həll ediləcəyinə ümid etdiyini bildirib.

“Mən ümumiyyətlə, məhkəmə formasından hərtərəfli istifadənin tərəfdarıyam. Bəzi hallarda, əgər razılaşmağa müvəffəq olmuruqsa və ya mövqelərimiz üst-üstə düşmürsə, bu isə ola bilər, onda yurisdiksion orqana, yəni məhkəməyə müraciət etmək və demək olar: bizim mübahisəmizi həll et”, - deyə D.Medvedev qeyd edib.

Onun fikrincə, məhkəmənin qərarı yalnız o halda mötəbər olacaq ki, o, qüsursuz olacaq və hər hansı şərhlərsiz bütün tərəflər tərəfindən icra olunacaq. Məhkəmə bu mənada ən yüksək instansiya olmalıdır.

“Ümid edirəm ki, müəyyən perspektivdə bizim inteqrasiya birləşməmizin məhkəməsi də mötəbərliyin belə səviyyəsinə nail olacaq”, - Medvedev qeyd edib.

O, gələcəkdə İttifaqın genişlənə biləcəyini də istisna etməyib: “Çünki üzvlük məsələsi açıqdır, artıq müşahidəçilər də var”.

 





28.05.2019    çap et  çap et