Vaxt.Az

Moskva Tehranı «bazar»a çıxarır


 

ABŞ və İsraildən Rusiyaya danışıqlar təklifi gəlib

Moskva Tehranı «bazar»a çıxarır ABŞ və İsrail Qüdsdə üçtərəfli görüş təklifi ilə çıxış ediblər.

“Asharq Al-Awsat” xəbər verir ki, yaxın vaxtlarda Qüdsdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İsrailin Milli təhlükəsizlik qərargahının başçısı Meir Ben-Şabbat arasında görüş keçirilə bilər.

Məlumata görə, Vaşinqton Rusiyaya razılaşma təklif etmək niyyətindədir. Bəşər Əsədin legitimliyini tanımaq və Suriyanın sanksiyalardan azad edilməsi müqabilində bu ölkədə İran təsirinin azaldılması məsələsi gündəmə gələ bilər.

 





03.06.2019    çap et  çap et