Vaxt.Az

Memarlarımız Bişkekdə


 

Türkdilli ölkələrin memar və mühəndislərinin qurultayı keçiriləcək

Memarlarımız Bişkekdə Bu ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dünyası Memarları və Mühəndisləri İttifaqının, TÜRKSOY-un, TürkPA-nın, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türk Dünyası Yazıçılar Fondunun təşəbbüsü ilə türkdilli dövlətlərin memar və mühəndislərinin IV qurultayı keçiriləcək. Qurultayda Azərbaycan heyəti də iştirak edəcək.

Bişkek şəhər bələdiyyəsinin məlumatına görə, iştirakçılar qurultay çərçivəsində böyük qırğız yazıçısı Çingiz Aytmatovun uyuduğu «Ata-Beyit» memorial kompleksinə gedəcək, yenidənqurmadan sonra Bişkekdəki Atatürk adına parkın, türk dünyası bələdiyyələrinin sərgisinin açılışında, Toktoqul Satılqanovun 150 illik yubileyi münasibətilə TÜRKSOY-un konsertində iştirak edəcək, at yarışlarına, dəmirçilərin ənənəvi sərgisinə baxacaqlar.

 





28.02.2014    çap et  çap et