Vaxt.Az

Varşavaya niyə gedən olmayib?


 

Polşa-Azərbaycan əməkdaşlığına mane olmaq istəyənlər var?

Varşavaya niyə gedən olmayib? Polşanın prezidenti Andjey Duda mayın 31-də Azərbaycanda oldu, dövlət başçısı İlham Əliyevlə görüşdü. Polşa Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa önəm verir. Ancaq bu səfərdən 4 gün sonra maraqlı hadisə baş verdi.

İyunun 4-də Varşavada Mərkəzi və Şərqi Avropa ölkələrinin parlament başçılarının 4-cü sammiti keçirildi. Digər ölkələr kimi Azərbaycan təmsilçiləri də toplantıya dəvət olunub, ancaq Bakıdan Varşavaya nümayəndə heyəti getməyib. Ermənistan isə Varşavadakı toplantıda parlamentin spikeri Ararat Mirzoyan səviyyəsində təmsil olunub. Ararat Mirzoyan toplantıdan başqa ikitərəfli görüşlər də keçirib.

Təsəvvür edin ki, Polşanın prezidenti Bakıya gəlir, Azərbaycanla əməkdaşlığa önəm verdiyini açıqlayır, ərazi bütövlüyü məsələsində həssaslıq nümayiş etdirir, ancaq 3 gün sonra Varşavadakı toplantıya gedən olmur, düşmənlərimiz isə dəvətdən istifadə edib gedib Polşada özlərini reklam edirlər, Avropa dövlətlərinin dəstəyini qazanmaq fürsətindən yararlanmağa çalışırlar.

Yeri gəlmişkən, 4 iyunda Polşada ilk azad parlament seçkilərinin 30 illiyi də qeyd olunub. Varşavaya gedənlər həmin tədbirdə də iştirak ediblər. Bəlkə buna görə bizimkilər Varşavaya getməkdən imtina ediblər. Halbuki, Polşada 1989-cu ildə keçirilən həmin seçkilər Şərqi Avropada kommunist rejimlərinin yıxılmasına şərait yaradan və SSRİ-nin sonunu yaxınlaşdıran hadisələrdən olub. Varşavanın Azərbaycanla hərbi əməkdaşlığının genişləndirilməsinə, birgə hərbi istehsala mane olmaq istəyənlər barədə də məlumatlar var.

 





10.06.2019    çap et  çap et