Vaxt.Az

Qondarma rejimə zərbə üstünə zərbə


 

Fransa Dağlıq Qarabağ separatçıları ilə əlaqələri tamamilə kəsir

Qondarma rejimə zərbə üstünə zərbə Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Martuni (Xocavənd-red.) bölgəsi arasındakı "Dostluq Bəyannaməsi”ni ləğv edəndən sonra Grenobl inzibati məhkəməsi də oxşar qərar verib.

Fransız dilində çıxan Nouvelles Armenie nəşrinə istinadən verdiyi məlumata görə, Grenobl inzibati məhkəməsi Dağlıq Qarabağdakı işğalçı kukla rejimi nümayəndələrinin Fransada kommunalarla imzaladığı daha dörd "dostluq nizamnaməsi"ni ləğv edib.

Daha əvvəl yazdığımız kimi, Arnuvil şəhərinin meri rəsmi səlahiyyət həddini aşmaqda və mərkəzləşdirilmiş əməkdaşlığı tənzimləyən qanunları  pozmaqda təqsirli bilinib.

Qrenobl inzibati məhkəməsi tərəfindən göstərilən arqumentlər, demək olar ki, eynidir: belə xartiyalar Fransanın xarici siyasətinə ziddir və heç bir gücə malik deyil.

 





12.06.2019    çap et  çap et