“RİA-Novosti” agentliyi xəbər verir ki, Ağ Evin başçısı həmçinin, “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı sanksiyaların tətbiqi imkanını şərh edib.
Prezidentin sözlərinə görə, Amerika hakimiyyəti layihənin iştirakçıları barəsində məhdudlaşdırıcı ölçülərin tətbiqi imkanına baxır. Dövlət başçısının fikrincə, ABŞ layihənin bloklamaq cəhdlərinə təşəbbüs edərək Almaniyanı Rusiyadan müdafiə edir. Tramp qeyd edib ki, Moskva Berlindən milyardlarıalır.
“Amma bizdə ən yaxşı alternativ - durulaşdırılmış qazın böyük ehtiyatları var. Düşünürəm ki, bu, real çıxışdır”, - o, Polşa lideri Andcey Duda ilə mətbuat konfransının gedişatında deyib.
O vurğulayıb ki, Avropada çoxları Amerikadan durulaşdırılmış təbii qazı almaq istəyərdi. Trampın sözlərinə görə, Almaniya Rusiyadan “mavi yanacaq” əldə etməklə özünü asılı vəziyyətə salır.