Vaxt.Az

Britaniya İranı ittiham etdi


 

Tankerlərə SEPAH hücum edib?

Britaniya İranı ittiham etdi Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Oman körfəzində tankerlərə hücum etməkdə günahlandırıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə iddia Britaniya xarici siyasət idarəsinin (XİN) cümə günü axşam yaydığı bəyanatda yer alıb.

“Britaniya öz araşdırmasından sonra demək olar ki, müəyyən ehtimalla İran silahlı qüvvələri strukturlarından biri olan İslam İnqilabı Keşikçiləri Korpusunun iyunun 13-də iki tankerə hücum etdiyi qənaətinə gəlib. Dövlət tərəfindən dəstəklənməyən başqa heç kim buna görə məsuliyyət daşıya bilməz”, - deyə XİN-in bəyanatında bildirilir.

İdarə iddia edir ki, İran bundan əvvəl də neft tankerlərinə hücum edib.

Xatırladaq ki, daha öncə ABŞ İranı tankerlərə hücumda ittiham etmişdi.

 





15.06.2019    çap et  çap et