Vaxt.Az

“Vaşinqton görüşü növbəti başaldatmadır”


 

Politoloq: “Ermənistanda hakimiyyətdə kimin olmasının fərqi yoxdur”

“Vaşinqton görüşü növbəti başaldatmadır” “XİN-in mətbuat katibi Leyla Abdullayeva son açıqlamasında deyib ki, Ermənistan rəhbərliyinin məntiqini izah etmək çətindir. Leyla xanım bunu ona görə deyib ki, bir tərəfdən Ermənistanın müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir, digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır”. Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

“Bəlkə diplomatımız belə deməlidir. Ancaq mən diplomat deyiləm və düşmənin siyasətində dəyişən bir şey görmürəm. Ermənistanda hakimiyyətdə kimin olmasının fərqi yoxdur, qarşı tərəf sülh danışıqları ilə torpaqlarımızı boşaltmayacaq. Digər tərəfdən düşmən görür ki, Azərbaycan ordusu ya təkbaşına, ya da strateji müttəfiqi Türkiyə ilə tez-tez birgə hərbi təlimlər keçirir və bu təlimləri özü üçün təhlükə kimi dəyərləndirir. Belə olan halda düşmənin işğal altındakı torpaqlarda hərbi təlimlər keçirməsinə təəccüblənmirəm. Düşmən hərbi təlimləri vasitəsilə zəif olmadığını bizə göstərməyə çalışır. Bizim vəzifəmiz isə düşmənin işğal altındakı təlimlərinə baxmayaraq, hərbi təzyiqi artırmadır, Vaşinqton görüşü isə növbəti başaldatmadan başqa bir şey deyil”.

 





18.06.2019    çap et  çap et