Vaxt.Az

“Azərbaycanın Traktoru” ...


 

Təbrizin azadlıq rəmzi olan futbol klubunun adı dəyişdi

“Azərbaycanın Traktoru” ... “Təbrizin Traktorsazi” klubunun adı “Azərbaycanın Traktor mədəni və idman klubu” sözü ilə dəyişdirilib, lakin komandanın “Traktor” adı ilə ölkənin super liqa yarışlarına qatılacağı bildirilir.Klubun adı onun tərəfdarları və sahibi Məhəmmədrza Zenuzinin istəyi ilə iyunun 22-də rəsmən dəyişdirilib.

İran Sənəd və Mülkiyyətin Qeydiyyat Təşkilatı klubu “Azərbaycanın Traktor mədəni və idman klubu” adı ilə rəsmən qeydiyyata alıb. Buna baxmayaraq farsdilli mətbuat orqanları komandanın “Traktor” adı ilə super liqa yarışlarına qatılacağını bildirir. Komandanın rəsmi adında “Azərbaycan” sözünün hallanması hər zaman reaksiyalara səbəb olub. İran rejimi heç bir komandanın adında “Azərbaycan” sözünün olmasına imkan vermir.

“Traxtur” (“Traktor”) klubunun isə bütün azərbaycanlılara aid olduğu kimsədə şübhə doğurmur. Azərbaycanlılar onu istənilən rəqib komandanın qarşısında və bütün meydanlarda dəstəkləyir, bu istiqamətdə əllərindən gələni edirlər. Bu komanda türk dünyasında da ən çox tərəfdarı olan komandası kimi tanınır.

 





24.06.2019    çap et  çap et