O, ölkədə narkotik aludəçiliyinin bu qədər yüksək olmasının səbəbini Əfqanıstanla həmsərhəd olmağa bağlayıb, hansı ki, bunun səbəblərindən başlıcası İranda mövcud olan böyük sosial-iqtisadi problemlərdir. Davud Məhəmmədi həmçinin İran inqilabından sonra ötən 40 il ərzində narkotik vasitələrə qarşı aparılan mübarizənin effektiv olmadığını, daha sərt tədbirlər həyata keçirilməsinin zəruri olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, İran Rifah Təşkilatının yaydığı rəsmi statistikada ölkədə narkomanların sayının 2 milyon 800 min nəfər olduğu deyilir.
Təşkilat həmçinin ölkədə qadın narkomanların sayının ötən dekadalara nisbətən sürətlə artmasını həyəcan təbili adlandırıb. Belə ki, hazırda ölkədə olan narkomanların təqribən 10 faizə qədərini qadınlar təşkil edir.
Statistikada həmçinin narkotik aludəçiliyinin uşaqlar arasında da geniş yayıldığı, narkomanlıq yaşının 15-ə endiyi də vurğulanır.