Vaxt.Az

Rusiya səfirliyinin divarı uçdu


 

Tehrandakı elçiliklə toqquşan betonqarışdıran partladı

Rusiya səfirliyinin divarı uçdu Rusiyanın Tehrandakı səfirliyinin həyətinin divarına dəyən beton qarışdıran maşında partlayış baş verib.

Bu gün sübh saatlarında yaşanan olayda mikser maşın iki digər avtomobillə toqquşduqdan sonra səfirliyin həyətinin divarlarına çırpılıb. Qısa müddət sonra maşın partlayıb və nəticədə sürücü ölüb.

Toqquşma və partlayışın şiddətindən divar tamamilə dağılıb. Maşının yaxınlıqdakı tikinti işi gedən əraziyə beton apardığı bildirilir.

Hadisə nəticəsində digər iki avtomobildə olan sərnişinlərdən 5-i ağır bədən xəsarətləri alıblar.

 





05.07.2019    çap et  çap et