Vaxt.Az

Xatəmidən xəbərdarlıq


 

İranın sabiq prezidenti: “Siyasi sistem devrilə bilər”

Xatəmidən xəbərdarlıq İranın sabiq prezidenti Məhəmməd Xatəmi xalqın islahatlara etibarı qalmadığı təqdirdə, rejimi devirmək düşüncəsinin güclənə və bunun da İslam Respublikası siyasi sisteminin devriləməsi ilə nəticələnə biləcəyini deyib.

O vurğulayıb ki, ölkə əhalisinin çoxunun islahatçı və mühafizəkar siyasi cərayanlarla bağlılığı yoxdur. Onlar yalnız zehinlərində olan bir çox suallara cavab tapmağa çalışırlar. Bu cavabları onlara ya dövlət, ya rejim, ya da islahatçılar verməlidirlər.

O, insanlar arasında rejimi devirməklə bağlı yayılan düşüncələrin qarşısını almaq üçün islahatçılardan heç bir iş görə bilməsələr belə, onlarla söhbət etmələrini istəyib.

Sabiq prezident islahat məsələsinin İranda nöqsan və çatışmazlıqlara malik olduğunu, bunun da öz növbəsində islahatın effektivliyinin cəmiyyət arasında azalmasına səbəb olduğunu bildirib.

Xatəmi həmçinin siyasi sistem, quruluş və fəaliyyətdə islahatlar aparılmasını, qadağaların azaldılmasını və insanların seçmək hüququnun təmin edilməsinin zəruri olduğunu vurğulayıb.

Digər tərəfdən, sabiq prezident “dini lider” Əli Xamneyinin Amerikaya qarşı səsləndirdiyi fikirlər və “Sepah” terror təşkilatı tərəfindən ABŞ-a məxsus pilotsuz uçan aparatın vurulmasını tərifləyib və “doğru addım” adlandırıb. O, bunların müxtəlif siyasi birliklər arasında “milli vəhdətin yaranması”na səbəb olduğunu iddia edib.

 





09.07.2019    çap et  çap et