Vaxt.Az

“Mədəniyyət”ə rəhbər niyə təyin olunmur?


 

1 aydan çoxdur ki, kanalı proqram direktorları idarə edirlər

“Mədəniyyət”ə rəhbər niyə təyin olunmur? “Mədəniyyət” kanalına hələ rəhbər təyin olunmayıb. ANS PRESS-in “Media forum” saytına istinadən verdiyi xəbərə görə, məlumatı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım verib. Onun sözlərinə görə, hazırda kanalın rəhbər vəzifəsini proqram direktorları icra edirlər.

AzTV-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalı 2011-ci ildə yaradılıb. Həmin il fevralın 14-dən efirə çıxan kanalın ilk rəhbəri, kino xadimi Cəmil Quliyev 2013-cü ilin aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

 





06.06.2013    çap et  çap et