Vaxt.Az

Gəncə vağzalında yanğın


 

Ehtiyat xətdəki vaqonlar alışıb

Gəncə vağzalında yanğın Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xətdə dayanmış 2 vaqon yanır.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 





21.07.2019    çap et  çap et