Vaxt.Az

Fars-molla rejiminin təqibləri


 

Xamneyinin şəkilini yandıran Təbriz sakini həbs edilib

Fars-molla rejiminin təqibləri Təbriz İnqilab Məhkəməsi tərəfindən “rəhbəri təhqir etmə” ittihamı ilə 2 il azadlıqdan məhrum edilən Əmir Ramin Fərd həbs edilib. “Herana” agentliyinin yaydığı məlumata görə, o iyulun 13-də Təbriz Ədliyyə Şöbəsinin Hökmləri İcra edən Bölümünə müqraciət etdikdən sonra həbs cəzasını çəkmək üçün bu şəhərin zindanına aparılıb.

Təbriz sakini ötən ilin son aylarında Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparma” ittihamına görə 1 il və “şəkilini yandırmaqla rəhbəri təhqir etmə” ittihamına görə 2 il həbs cəzasına məhkum edilib. İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən verilən ən ağır cəza, yəni 2 il həbs hökmü icra olunmalıdır.

Əmir Ramin Fərd həbsindən əvvəl bir məktub yazaraq İran zindanlarında siyasi məhbusların şübhəli ölümlərini  xatırladıb və elan edib ki, həbs müddətində hər hansı oxşar hadisə baş verərsə, bunun məsuliyyətini hökumət daşıyacaq. O məktubda məhbusların vəziyyətini öyrənmək üçün beynəlxalq heyətlərdən İran zindanlarına baxış keçirməsini də istəyib.

Əmir Ramin Fərd 2018-ci il iyunun 28-də Sina Zirək Qaraməleki, Əhməd Nədərxani və Əli Nədərxani ilə birlikdə Təbriz Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, bir müddət sonra 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdır.

 





26.07.2019    çap et  çap et