Vaxt.Az

Xəyanətin qiyməti - 30 min avro


 

QRU avstriyalı polkovniki necə ələ alıb?

Xəyanətin qiyməti - 30 min avro Avstriyanın casusluqda ittiham etdiyi və beynəlxalq axtarışa verdiyi rusiyalı İqor Zaytsevin işi üzrə təfərrüatlar məlum olub.

Zaytsev 1987-ci ildə Avstriya silahlı qüvvələrinin polkovnikini öz tərəfinə çəkə bilib və onu hərbi xarakterli gizli məlumatları ötürməyə razı salıb. Zalsburq prokurorluğunun bəyanatında belə deyilir.

Qurum bildirir ki, avstriyalı hərbçi Zaytsevə ölkənin quru qoşunlarının və hərbi-hava qüvvələrinin hərbi sistemləri və vəzifələri haqqında məlumatları ötürüb. Əlaqə yaratmaq üçün onlar müasir casus texnikasından istifadə ediblər.

Prokuraturadan bildirildiyinə görə, casus fəaliyyətinin ifşasına xarici kəşfiyyat xidməti kömək edib. Həmin xidmətin əməkdaşları avstriyalı ilə rusiyalının görüşünü izləyiblər. Görüş zamanı hərbçi Zaytsevdən ötürdüyü məlumatların müqabilində nağd şəkildə 30 min avro pul alıb.

Rusiyalı İqor Zaytsev iyulun 25-də axtarışa verilib. Avstriya tərəfi onu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş idarəsinin (əvvəlki QRU) zabiti kimi qələmə verir. Güman edildiyinə görə, Zaytsev 70 yaşlı zalsburqlu istefada olan polkovnikin kuratoru olub.

Avstriyalı polkovnik ötən ilin noyabr ayının 9-da dövlət sirrinin Rusiyaya ötürülməsində şübhəli bilinərək saxlanılıb. Adı açıqlanmayan hərbçi təqsirini etiraf edib. Məlum olub ki, o, Avstriya Müdafiə Nazirliyinin struktur planlaşdırma şöbəsində işləyib və idarədə aparılan vacib danışıqlar barədə məlumatlı ola bilərdi. Lakin onun gizli məlumatlardan xəbərsiz olduğu deyilir. (virtualaz.org)

 





26.07.2019    çap et  çap et