Vaxt.Az

Ali təhsildə inqilabi addım


 

Nazir: “Bakalavr təhsili alanlar üçün yeni standartlar müəyyənləşdirilib”

Ali təhsildə inqilabi addım “Müəllimlərin peşəkar keyfiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində onların işə qəbulu imtahanları əsas faktora çevriləcək. Bu imtahanların nəticələri əsasında pedaqoji kadr hazırlığı ilə məşğul olan ali məktəblərin nəticələri təhlil ediləcək, zəif cəhətlərin aradan qaldırılması məqsədilə işlər aparılacaq”. Bu sözlər təhsil naziri Ceyhun Bayramova aiddir.

Nazir pedaqoji kadr hazırlığında da artıq tədbirlərə başlanıldığını qeyd edib.

“2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib və növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq. Yeni təsnifatda praktiki məşğələlərin internatura tipli təcrübələrin miqdarının əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir. Odur ki, bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdır”-, deyə C.Bayramov bildirib.

 





26.07.2019    çap et  çap et