Vaxt.Az

Suriyada Rusiya - İran savaşı ...


 

Moskva-Tehran münasibətləri çat verdi, farslar Dəməşq ordusuna ərzaq dəstəyini kəsdi

Suriyada Rusiya - İran savaşı ... İran Əsəd rejimi ordusuna ərzaq dəstəyini kəsib. Avropa.info xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Məlumata görə, artıq 3 aydır Əsəd ordusuna qida dəstəyi verilmir. Bu qərarın arxasında ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların dura biləcəyi ehtimal edilir.

İran və Əsəd rejimi arasında 2018-ci ildə imzalanmış müqavilə mövcuddur. Buna baxmayaraq İran dəstəkli milis güclərinin Əsəd rejimi ordusunda iştirakı məsələsində fikir ayrılıqları mövcuddur. Əsəd rejiminin İdlibə hücumu zamanı İranın bu prosesə qoşulmamasının tərəflər arasındakı qarşıdurmadan xəbər verdiyi qeyd olunur.

Digər tərəfdən, bir müddət öncə Rusiya və İran arasında Suriyada gərginlik yaşandığı, Bəşər Əsədin kəşfiyyat idarəsində həyata keçirdiyi kadr dəyişikliklərinin arxasında da bu gərginliyin olduğu bildirilir. İranın Dəməşqdə bir "saray çevrilişi" planlaşdırdığı və Əsəd-Rusiya yaxınlaşmasına qarşı, Bəşər Əsədin qardaşı Mahir Əsədi dəstəklədiyi qeyd olunur.

2005-ci ildən bu yana Suriya kəşfiyyatının başında olan və İrana yaxınlığı ilə tanınan Əli Məmlük, 7 iyun 2019-cu ildə vəzifəsindən azad olundu. Onun yerinə Rusiyaya yaxınlığı ilə tanınan Məhəmməd Dib Zeytun gətirildi.

Eyni tarixlərdə hava qüvvələri kəşfiyyat rəisi general-mayor Cəmil Həsən istefa verdi. Cəmil Həsənin yerinə Rusiyaya yaxınlığı ilə bilinən Xessan əl Cevdat gətirildi.

 





29.07.2019    çap et  çap et