Vaxt.Az

Ticarət müharibəsi yenidən “alovlandı”


 

Donald Tramp: “10 faiz gömrük vergisi qoyulmuş malları əhatə etməyəcək”

Ticarət müharibəsi yenidən “alovlandı” ABŞ Prezidenti Donald Tramp, “Twitter” hesabından yeni açıqlama verib. Tramp bildirib: “Nümayəndələrimiz Çin ilə ticarət danışıqları apararaq ölkəmizə qayıtdılar. Üç ay əvvəl Çin ilə müqaviləmiz olacağını düşündük, ancaq təəssüf ki, Çin müqaviləni yenidən müzakirə etməyə qərar verdi. Daha yaxın zamanda Çin ABŞ-dan böyük miqdarda kənd təsərrüfatı məhsulu alacağını açıqlamışdı, ancaq bu baş vermədi.

Bundan başqa, dostum prezident Si, Fentanilin ABŞ-a satışını dayandıracağını dedi. Amma bu da olmadı və bir çox amerikalı ölməyə davam edir”.

Qeyd edək ki, ticarət danışıqları davam edir və yeni mərhələ sentyabrın 1-də ABŞ-da başlayacaq.

ABŞ-da Çindən ölkəmizə gələn 300 milyard dollarlıq mallar üçün 10 faiz əlavə tarif tətbiq etməyə başlayacaq. Bu, əlavə vergi, onsuz da 25 faiz gömrük vergisi qoyulmuş 250 milyard dollarlıq məhsulu əhatə etmir.

“Çin ilə hərtərəfli müqavilə sahəsindəki müsbət dialoqumuzu davam etdirməyi ümid edirik ki, iki ölkə arasında gələcəyin çox parlaq olacağına inanırıq”, deyə Tramp bildirib.

Birjalar, neft qiymətləri ABŞ Prezidenti Donald Trampın 300 milyard dollarlıq Çin məhsuluna 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirməsinin ardından düşüblər.

ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət müharibəsini yenidən “alovlandırması” səngiyən qlobal tələbə dair narahatlıqları artırıb. Qlobal iqtisadi artımın aşağı düşməsilə neftə tələbin daha da azalacağı və nəticədə qiymətinin ucuzlaşacağını ehtimal edilir.

 





03.08.2019    çap et  çap et