Vaxt.Az

“Yoxsa razılaşmanı unudun”


 

ABŞ ən yaxın müttəfiqini hədələdi

“Yoxsa razılaşmanı unudun” ABŞ Prezident Administrasiyası rəqəmsal xidmətlər təklif edən böyük şirkətlərə vergi tətbiqinin dayandırılması ilə bağlı Britaniyaya xəbərdarlıq edib. Vaşinqton əks təqdirdə ABŞ-ın iki ölkə arasında imzalanması nəzərdə tutulan azad ticarət razılaşmasından imtina edəcəyini bildirib.

Məlumatı “Deyli Teleqraf” öz etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, bu xəbərdarlıq Britaniya hökumətinə bir neçə səviyyədə edilib.

Qeyd edək ki, 2 faiz həcmində rəqəmsal verginin tətbiqi ilə bağlı təklif Britaniyanın keçmiş maliyyə naziri Filip Hammond tərəfindən edilib. Bu təklifin 2019-cu ilin payızında Britaniya parlamentində müzakirəyə çıxarılması nəzərdə tutulub. Rəsmi London bunun sayəsində 2022-ci ilə qədər büdcəyə 486 milyon dollar vəsait cəlb etməyi planlaşdırıb. Britaniyanın yeni Maliyyə naziri Sacid Cavid bu məsələ ilə bağlı hələlik mövqeyini açıqlamayıb.

 





03.08.2019    çap et  çap et