Vaxt.Az

Suriya aviabazasında güclü partlayış


 

Xeyli ölənlər var

Suriya aviabazasında güclü partlayış Suriya Hərbi Hava Qüvvələrinin Homs əyalətinin Şayrat rayonunda yerləşən bazasında güclü partlayış olub. İnsident partlayıcı materialların daşınması zamanı yol verilən ehtiyatsızlıq üzündən baş verib.

Suriyanın rəsmi SANA agentliyi bu sursatın vaxtının keçdiyini və başqa yerə göndərildiyi zaman partladığını qeyd edib. Onun məlumatına görə, hərbi bazada olan bir neçə nəfər həlak olub.

Lakin “Al Arabia” telekanalının saytında hüquq müdafiəçilərinə istinadla partlayış nəticəsində ən azı 12 hərbi qulluqçunun öldüyü bildirilir. Rəsmi Dəməşq bu məlumatı təsdiq etməyib.

 





03.08.2019    çap et  çap et