Bununla əlaqədar hər il keçirilən, sayca 29-cu ABŞ-Avstraliya məsələhətləşmələrinin sonunda bəyanat qəbul olunub. Tədbirdə ABŞ dövlət katibi Maykl Pompeo, müdafiə naziri Mark Esper, Avstraliyanın xarici işlər naziri Maris Peyn və müdafiə naziri Linda Reynolds iştirak eidb.
İki dövlətin yükəsk nümayəndələrinin çıxışlarında ortaq vurğuladıqları nöqtə “nüvə risklərinin azalması üzrə səylərin artırılması” olub. Tərərflər 2010-cu ilin aprelin 8-də, Barak Obama və Dmitri Medvedev arasında imzalanan “Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırlmsı haqqında” sazişin (SSM-3) müddətinin (2021-ci ildə bitir-red.) uzadılmasının gərəkliliyi üzərində dayanıblar.
Bundan başqa, iki ölkənin təmsilçiləri Rusiya və Çini ABŞ-ın silahlara nəzarət sahəsində, habelə “Nüvə silahının yayılmaması haqqında saziş”in təsirinin artırılması səylərinə qoşulmağa çağırıblar.
Siyasi ekspertlərin müşahidələrinə görə, ABŞ-ın Avstraliyada belə bir bəyanat verməsi təsadüfi deyil. Çünki artıq Rusiyadan sonra rəsmi Çinin də Sakit okean bölgəsində dominantlıq etməyə başlaması rəsmi Vaşinqtonu silahlara nəzarətlə bağlı universal beynəlxalq-hüquqi sistemi və düzəni qurmağa vadar edir.