Vaxt.Az

Rusiyada hərbi hissədə partlayış


 

Əhali panikaya düşdü, 20 km radiusda evakuasiya gözlənilir

Rusiyada hərbi hissədə partlayış Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərinin sakinləri yaxınlıqda yerləşən hərbi hissədə baş vermiş partlayışa görə tələsik evlərini tərk etməyə çalışır.

Hərbi hissənin ərazisində döyüş mərmilərinin bir-birinin ardınca partlaması eşidilir, insanlar kütləvi şəkildə maşınlarına oturub yaşayış məntəqəsini tərk etməyə çalışır. Baxmayaraq ki, hakimiyyət nümayəndələri insanları panikaya düşməməyə çağırır.

Hərbi hissədə partlayış bu gün baş verib, azı 4 nəfərin xəsarət aldığı bildirilir.

Sosial şəbəkələrdə yayılmış videokadrlarda yollarda tıxacın yarandığı görünür, yanacaqdoldurma məntəqələrində də ajiotaj yaranıb. Bir çoxları benzin götürə bilmədiyindən yolda qalıb.

Müdafiə naziri Sergey Şoyqu öz müavini, ordu generalı Dmitri Bulqakovu bir qrup mütəxəssisləri ilə birlikdə partlayışı araşdırmaq üçün Krasnoyarska göndərib.

Hərbi hissənin 20 kilometrlik radiusunda əhalinin evakuasiyası barədə qərar verilib. Hərbi hissənin anbarlarında 152 və 155 millimetrlik mərmilər var.

 





05.08.2019    çap et  çap et