Vaxt.Az

...Şəhidlərimiz Vətəndi


 

Vətən şəhid olmasın deyə...

...Şəhidlərimiz Vətəndi Fuad Poladov dünyasını dəyişmişdi o gün. Zəng gəldi. Beer-Şevadandı, İsraildəndi.

Çox əziz insanım ağlayırdı:

- Fuad öldü, doğrudumu?..

İsraildə Fuad bəyi yox sevirdilər. Azərbaycandan getmiş yəhudilər. O kəslər ki, İsraildə onları “azərbaycanlılar” kimi tanıyırlar.

“Bizim” yəhudilər özlərini belə tanıdıblar. Adam istərəm ki, onların yanında Azərbaycanımın, vətənimin, xalqımın ünvanına hərzə söz deə.

Vifleyemdə yaşayan 87 yaşlı Məryəm (Marina) xala demişkən, “parçalarlar onu”.

... Albertə heykəl qoyuldu. Əslində, Albert xalqımın köksündə, şüurunda, qəlbində çoxdan abidədi. Düşmənlə savaşda şəhid olan bütün qardaş və bacılarım təki. Səngərdə gördüyüm çox igidlər təki.

Albert Aqarunov yəhudidir. Savaşda sinəsini gülləyə verən, “Azərbaycan!” qışqıran, sonra da düşmənə xitabən “Sənin...” bağırıb irəli atılan onlarla yəhudi kimi.

Hamımız kimi.

Təvəqqe edirəm ki, bir məsələni bilin: Azərbaycanda doğulmuş yəhudi sonradan İsrailə, ABŞ-a, Yeni Zelandiyaya, Kanadaya, lap Çiliyə köçə bilər.

Amma Azərbaycan onun qəlbindən heç hara köçməyəcək, köçə də bilməz.

Bunu əla bilirəm.

... Albertə heykəl qoyulması xəbərini eşidəndə qürurlandım.

Çünki şəhidlərimiz Vətəndi.

Vətən şəhid olmasın deyə.

 





05.09.2019    çap et  çap et