Vaxt.Az

Ermənilər narazıdır


 

Qarabağda etirazlar başladı

Ermənilər narazıdır Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilən “parlament və prezident seçkiləri”nin nəticəsindən narazı qalan ermənilər etiraz aksiyası keçiriblər.

200-dən çox erməni Xankəndi şəhərində toplaşaraq “seçki” saxtakarlığına etirazını bildirib.

Aksiya iştirakçıları “seçkilərin” nəticəsinin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, “polis rəisi” Levon Mnatsakanyan və “Təhlükəsizlik Şurasının katibi” Arşavir Qaramyanın istefasını tələb ediblər.

Narazı ermənilər “seçkilər”in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər.

Azvision.az xatırladır ki, Qarabağdakı separatçı qurum martın 31-də “prezident və parlament seçkiləri” keçirib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək “seçkiləri” tanımadıqlarını bildiriblər. Koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın “seçkilər” keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək olub.

 





05.04.2020    çap et  çap et