Vaxt.Az

Ruslar aerodromu tutdu


 

Xarkov-Simferepol yolu ilə hərbi texnika hərəkət edir

Ruslar aerodromu tutdu Rus qoşunları Krımın şimalında aerodromu ələ keçiriblər. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, aerodromun perimetrləri üzrə avtomat və pulemyotlarla silahlanmış əsgərlər dayanıb, Xarkov-Simferepol yolu ilə hərbi maşınların hərəkəti davam edir.

Dünən axşamdan Krım ərazisinə tanınma nişanları olmayan avtobuslarla hərbi geyimli ruslar daşınır. Yerli sakinlərin sözlərinə görə, avtobusların sərnişinləri kazak olduqlarını deyirlər.

 





02.03.2014    çap et  çap et