Vaxt.Az

ABŞ Dövlət katibi Pekini hədələdi


 

“Çin virusu gizlətdiyinə görə cavab verəcək”

ABŞ Dövlət katibi Pekini hədələdi ABŞ Dövlət katibi Mayk Pompeo Çin hakimiyyətinin COVİD-19 pandemiyasının yayılması ilə bağlı məlumatları gizlətdiyi üçün məsuliyyət daşıdığını açıqlayıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Çin hökumətinin fəaliyyəti nəticəsində çox sayda insan ölüb. Dünya və ABŞ iqtisadiyyatı böyük problemlərlə üzləşib. M.Pompeo, həmçinin, Çinin Kommunist Partiyası ilə münasibətlərdə şəffaflığın olmamasına görə təəssüfləndiyini bildirib.

“Çinin Kommunist Partiyası etdiklərinin əvəzini ən azı ABŞ qarşısında ödəyəcək”, – deyə M.Pompeo qeyd edib.

 





24.04.2020    çap et  çap et