Vaxt.Az

«Bu qədər xəstəxanalara ehtiyac yoxdur»


 

«Xəstə uşaqların müalicəsi üçün fond yaradılmalıdır»

«Bu qədər xəstəxanalara ehtiyac yoxdur» Milli Məclisin növbəti sessiyası öz işinə başlayıb. Teleqraf.com-un xəbərinə görə, spiker Oqtay Əsədov deputatları gündəliyə münasibət bildirməyə səsləyib. Daha sonra spiker əlavə müzakirələrə ehtiyac olub-olmadığını soruşub və deyib ki, qəzet səhifələrində gedən məsələləri Milli Məclisdə müzakirə obyektinə çevirməsinlər.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanda gənclər, uşaqlar müəyyən xəstəliklərə yoluxurlar və bunun da müalicəsi çətindir: «Biz bilirik ki, Heydər Əliyev Fondu bu istiqamətdə işləyir, belə xəstə insanları xaricdə və ölkə daxilində müalicə etdirir. Elə prezident də bu cür addımlar atır, tanınmış ictimai-siyasi, elm xadimlərinin müalicəsinə dəstək olur».

Q.Həsənquliyev deyib ki, bu yaxınlarda bir qrup gənc Nərmin Hüseynov adlı gənclə bağlı ona müraciət edib: «Bu xanımın müalicəsi üçün 150 min manat lazımdır. Onun bir hissəsi toplanılıb. Təklif edirəm ki, bir fond yaradılsın və imkansız uşaqlar bundan yararlansın.

Mən ötən gün eşitdim ki, Nazirlər Kabineti icbari tibbi sığortanın tətbiqinə başlamağa hazırlaşır. Hesab edirəm ki, bu, mühüm hadisədir. Amma düşünürəm ki, səhiyyə sistemində ciddi islahatlar getməlidir. Bu qədər xəstəxanaların saxlanmasına da ehtiyac yoxdur. Çünki bu islahatlar gedərsə, səhiyyə sistemində olan bəzi neqativ proseslər də aradan qalxar».

 





04.03.2014    çap et  çap et