Vaxt.Az

«Qəbələ» 7 əskiklə hazırlaşır


 

3 futbolçu zədəli, 4-ü isə milli toplanışlara qatılıb

«Qəbələ» 7 əskiklə hazırlaşır «Simurq» - «Qəbələ» (0:0) matçının ardından 2 günlük istirahətə buraxılan «qırmızı-qaralar» dünəndən etibarən növbəti - 25-ci tur çərçivəsində keçiriləcək «Neftçi» ilə qarşılaşmanın hazırlığını davam etdirir. (Futbolinfo.az)

Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəsi olan Omar Kalabane, Dieqo Koşta Silva, Rafael Santos və milli komandaların heyətində yer alan Kamran Ağayev, Elnur Allahverdiyev (hər ikisi Azərbaycanın əsas yığması), Ürfan Abbasov və Ruslan Tağızadə (hər ikisi Azərbaycanın U-21 yığması) qatılmayıb.

Xatırladaq ki, «Qəbələ» - «Neftçi» qarşılaşması martın 9-da Qəbələ Şəhər Stadionunda baş tutacaq. Saat 13:00-da start götürəcək matç «İdman Azərbaycan» telekanalı vasitəsilə canlı yayımlanacaq.

 





04.03.2014    çap et  çap et