Vaxt.Az

Uşaqlardan Putinə hədiyyə


 

Ukraynalı balacalar oyuncaqlarını Rusiya prezidentinə göndərəcək

Uşaqlardan Putinə hədiyyə Kiyevdə uşaqlar Rusiya prezidenti Putinə bağlama hazırlayıb. Oyuncaq əsgərlərin olduğu qutular Kremlə göndəriləcək.

«Putin üçün əsgərlər» aksiyası martın 5-də Kiyevin mərkəzindəki Qlobus meydançasında keçiriləcək. Aksiya zamanı uşaqlar öz oyuncaq əsgərlərini «Putin əmi, müharibə oyunu oynamaq istəyirsənsə – mənim əsgərimi götür, atama dəymə» şüarı ilə Kremlə göndərəcək.

Təşkilatçıların sözlərinə görə, 50 uşaq oyuncaqlarını «Putin əminin» imzası ilə yola salacaq. (azadlıq.info)

 





05.03.2014    çap et  çap et