Ukrayna Prezidenti öz “Twitter” hesabında da paylaşım edərək humanitar dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü bildirib. Azərbaycan regionda yeganə ölkələrdəndir ki, savaş başladıqdan bəri Ukrayna Prezidenti 3 dəfə öz sosial media hesabında paylaşım edərək təşəkkürünü bildirib. Bu Azərbaycanın çoxsahəli, müstəqil xarici siyasətinin nəticəsi kimi xarakterizə olunur.
Vladimir Zelenski həmçinin Azərbaycana əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür edib. Ukrayna regionda ərzaq təminatı baxımdan vacib ölkələrdən hesab olunur. Savaş dünya bazarında ərzaq məhsullarının qiymətinin növündən asılı olaraq 8-22 faiz artırıb. Avropada inflyasiya səviyyəsi son 30 ildə ən yüksək səviyyədədir. Təbii ki, bu Azərbaycan daxil olmaqla region ölkələri üçün də idxal inflyasiyası qaçılmazdır. Bu baxımdan, Azərbaycanın Ukraynada əkin üçün yanacaq təminatı həyata keçirməyə hazır olması həmçinin ərzaq istehsalı baxımdan da vacibdir. Ukraynada əkinin bərpa edilməsi və aparılması sözügedən ölkənin yenidən region bazarına öz məhsullarını çıxarmasına imkan yarada bilər.
Bütövlükdə, yeni düzən fonunda regionun geosiyasi və geoiqtisadi xəritəsində dəyişikliklər olur. Bu isə Azərbaycanın dünyadakı mövqeyinin daha da güclənməsi ilə müşahidə edilməkdədir.