Vaxt.Az

Yanukoviç infarkt keçirib


 

Eks-prezident Moskvadakı xəstəxanaya gətirilib

Yanukoviç infarkt keçirib Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç infarkt keçirib və Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə «Moskovskiy komsomolets» qəzeti xəbər yayıb.

Xəbərdə bildirilir ki, hələ təsdiqlənməmiş məlumata görə, Yanukoviç xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini düşünür və səhhətinin ağır olduğunu bildirir.

Xatırladaq ki, bundan əvvəl Yanukoviçin Rusiyada infarkt keçirib öldüyü haqda xəbərlər yayılmışdı. Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bu xəbəri təkzib edərək deyib ki, Yanukoviçlə iki gün əvvəl görüşüb.

 





06.03.2014    çap et  çap et