Vaxt.Az

Ruhidən ibrətamiz hərəkət


 

Müğənni məhbəsdəki qadınlara 500 qızılgül hədiyyə apardı: «Bəlkə də burada elə qadınlar var ki, onlar təbrikə daha çox layiqdirlər…»

Ruhidən ibrətamiz hərəkət Bu gün Azərbaycanın tanınmış xanımlarından biri Ruhinin doğum günüdür. «Qafqazinfo» xəbər verir ki, Ruhi öz doğum günündə maraqlı bir jest edib. O, özəl gününü qadın həbsxanasında keçirib. Belə ki, biznes-ledi 500 qızılgül alaraq qadın həbsxanasına gedib və oradakı xanımları təbrik edib.

Ruhi bu addımı ilə bağlı «Qafqazinfo»ya açıqlama da verib: «Bu gün dünyada bütün qadınları təbrik edirlər. Həbsxanada olan qadınları sevindirmək, onlara qarşı diqqət göstərmək məhz bu gündə daha çox önəmlidir. Bəlkə də burada elə qadınlar var ki, onlar təbrikə daha çox layiqdirlər…»

Vaxt.az Ruhi xanımı da doğum günü münasibəti ilə təbrik edir.

 





08.03.2014    çap et  çap et