Vaxt.Az

Xalq Krıma yol axtarır...


 

Timoşenko can hayındadır...

Xalq Krıma yol axtarır... Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko onurğa sütununun müalicəsi üçün Almaniyanın Berlin şəhərindəki «Şarite» klinikasına gedib. Musavat.com-un yerli mətbuata istinadən verdiyi məlumata görə, bir qədər əvvəl Yuliya Timoşenkonun təyyarəsi Berlinin Şenefeld hava limanına enib. Sabiq baş nazir hava limanından birbaşa klinikaya yollanıb.

Bu gün «Şarite»nin həkimlərinin mətbuat konfransı gözlənilir. Lakin Yuliya Timoşenkonun özü brifinqdə iştirak etməyəcək.

«Şarite»nin rəhbərliyi Yuliya Timoşenkonun səhhətini şərh etmək istəməyib. Çünki, Almaniya qanunvericiliyinə görə, xəstənin razılığı olmadan həkimlər onlarla bağlı məlumatları açıqlaya bilməzlər.

 





08.03.2014    çap et  çap et