Vaxt.Az

«Əməkhaqqı artırılacaq, amma...»


 

«Müəllimlərin müəllimi», «Baş müəllim», «Peşəkar müəllim» kimi dərəcələr tətbiq ediləcək

«Əməkhaqqı artırılacaq, amma...» «Təhsil Nazirliyi hazırda müəllimlərin sertifikasiyası üzrə mexanizm hazırlayır». AzVision.az xəbər verir ki, bu sözləri bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov Salyanda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, bu mexanizmə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün təlimlər və qiymətləndirilmə həyata keçiriləcək. Bu qiymətləndirmədən sonra yüksək səviyyə göstərən müəllimlərin əmək haqqı artırılacaq. Lakin bu qiymətləndirmədən keçə bilməyən və aşağı səviyyə göstərən müəllimlərin maaşı artırılmayacaq: «Əmək haqqının artırılması yalnız o zaman mümkün olacaq ki, müəllim sübut etsin ki, onun peşəkarlıq səviyyəsi imkan verəcək ki, o diferensial əmək haqqı alsın. Təbii ki, müəllimin maaşının artırılması onun nüfuzuna müəyyən mənada təsir göstərəcək».

Fərzəli Qədirov vurğulayıb ki, müəllimlərin bu cür qiymətləndirilməsi nazirliyin müvafiq qərarı ilə hər il həyata keçiriləcək. F. Qədirov qeyd edib ki, növbəti qiymətləndirmə mərhələsində yenidən iştirak etmək istəyən və daha uğurlu nəticə göstərən müəllimlər «Müəllimlərin müəllimi», «Baş müəllim», «Peşəkar müəllim» kimi dərəcələrin verilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu səviyyəyə çatandan sonra müəllimlər daha yüksək əmək haqqı alacaqlar: «Bir sözlə, Azərbaycan bu məsələ ilə bağlı öz modelini və formasını seçəcək. Lakin müəllim indidən bilməlidir ki, onu gələcəkdə nə gözləyir.

Qeyd edək ki, bu gün Salyanda, Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda nəzərdə tutulan istiqamət və hədəflərdən müzakirəsinə həsr olunan «dəyirmi masa» keçirilib. tədbirdə nazirliyinin təmsilçiləri, Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər, ictimaiyyət və media nümayəndələri iştirak edib.

 





12.03.2014    çap et  çap et