Vaxt.Az

Ukraynanın cəmi 10 gəmisi qalıb


 

Qalanlarını rus işğalçıları mənimsəyib

Ukraynanın cəmi 10 gəmisi qalıb Ukraynanın hərbi-dəniz qüvvələrinin sərəncamında cəmi 10 gəmi qalıb, yerdə qalan 51 gəmini isə rus işğalçıları ələ keçiriblər.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə hərbi-siyasi tədqiqatlar mərkəzinin rəhbəri Dmitri Tımçuk sosial şəbəkədə xəbər yayıb. 

Bu günlərdə hərbi-dəniz qüvvələri komandanının müavini Aleksandr Romzanin bildirmişdi ki, Ukraynanın Müdafiə Nazirliyi rusiyalı həmkarları ilə Krımdakı hərbçilərin və qoşunların maddi-texniki bazasının maneəsiz çıxarılmasına dair danışırlar aparır. Bu sırada silahlar və gəmilər də vardı.

Tımçukun verdiyi məlumata görə, artıq Ukrayna HDQ-nin sərəncamında cəmi 10 hərbi gəmi qalıb.

 





26.03.2014    çap et  çap et