Vaxt.Az

«Fəthullah Gülən ilə gülən CHP»


 

Saxta afişalar İzmiri qarışdırdı

«Fəthullah Gülən ilə gülən CHP» CHP lideri Kamal Kılıçdaroğlu ilə Fəthullah Gülənin əl-ələ tutduğu şəkillər İzmiri qarışdırıb.

Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Kılıçdaroğlu ilə Gülənin montaj şəkillərinin üzərinə «Fəthullah Gülənlə gülən CHP» şüarı yazılaraq İzmirin bəzi səmtlərinə vurulub.

Seçkilərə iki gün qalmış yaranan gərginlik pik həddə çatıb. CHP-nin İzmir başqanı Əli Engin protokol tətbiq edərək məhkəməyə müraciət edəcəyini bildirib. Engin «Bizə verilən məlumata görə bu afişalar AKP- nin afişaları ilə eyni mətbəədə çıxıb» - deyib.

AKP məsulları isə mövzu ilə bağlı məlumatsız olduqlarını bildirib.

 





28.03.2014    çap et  çap et