Vaxt.Az

Sayları 5 oldu


 

Müddət martın 30-da bitir

Sayları 5 oldu Ukrayna MSK-sı mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı daha 3 iddiaçını qeydə alıb.

Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunlar Regionlar Partiyasından olan deputat Sergey Tiqipko, Xarkov vilayəti dövlət administrasiyanın sabiq başçısı Mixail Dobkin və Ümumukrayna Yəhudi Konqresinin sədri Vadim Rabinoviçdir.

Qeyd edək ki, buna kimi baş prokurorun keçmiş 1-ci müavini Renat Kuzmin və baş nazirin sabiq müavini Yuri Boykonun namizədliyi qeydə alınıb. Beləliklə, qeydə alınan iddiaçıların sayı 5 olub. 

Ümumilikdə prezidentlik uğrunda 10 nəfər mübarizə aparacağını bəyan edib. Namizədlik üçün sənə qəbulunun vaxtı martın 30-da bitir.

 





28.03.2014    çap et  çap et