Vaxt.Az

“Qarabağ”a dişsiz rəqib


 

Ağdamlılar qış transferində transfer edəcəkmi?

“Qarabağ”a dişsiz rəqib “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” oldu. Belçikanın bu klubunu Ağdam təmsilçisi üçün münasib rəqib saymaq olar.

“Gent” bu mövsüm Konfederasiya Liqasının qrup mərhələsində “Yurqorden” (İsveç), “Mölde” (Norveç) və “Şemrok Rovers”lə (İrlandiya) eyni qrupda yarışıb və 8 xalla 2-ci yeri tutub. Belçika təmsilçisi bu 8 xalı “Mölde” və “Şemrok Rovers”lə oyunlarda (hər birində 4) qazanıb. Onlar qrupu lider kimi başa vuran “Yurqorden”lə hər iki görüşdə isə məğlub olub.

Hazırda yerli liqada komanda 5-ci yeri tutur.

Oyunların fevralın 16 və 23-də keçiriləcəyini nəzərə alsaq, “Qarabağ” bu matçlara Antalyada yaxşı hazırlıq keçəcək. Əgər qış fasiləsində komandaya yeni futbolçular transfer edilsə, (hücuma və qapıya), yaxşı olar.

 





07.11.2022    çap et  çap et