Vaxt.Az

Yeni Baş nazir vergiləri artırır


 

İngiltərə iqtisadiyyatı resessiya astanasında

Yeni Baş nazir vergiləri artırır İngiltərə iqtisadiyyatı iyul-sentyabr aylarında 0,2 faiz azalıb. Bu vəziyyət İngiltərə Mərkəzi Bankının proqnozlaşdırdığı kimi uzunmüddətli resessiyanın başlanğıcı ola bilər. Beləliklə, İngiltərə iqtisadiyyatı pandemiyadan sonra hələ də tam bərpa olunmayan yeganə G7 ölkəsi olaraq qalır.

Dekabr ayından bu yana faiz dərəcələrini 8 dəfə artıran İngiltərə Mərkəzi Bankı, ikirəqəmli rəqəmlərə çatan inflyasiyanı idarə etmək üçün resessiyanın qaçılmaz olduğunu bildirib. Bankın proqnozlarına görə, resessiya 2024-cü ilin ortalarına qədər davam edə bilər.

Yeni Baş nazir Rişi Sunakın dövlətin maliyyə boşluğunu aradan qaldırmaq və etibarı bərpa etmək üçün gələn həftələrdə on milyardlarla funt-sterlinq vergi artıracağı gözlənilir.

 





14.11.2022    çap et  çap et