Vaxt.Az

Daha bir polkovnik ...


 

SEPAH zabitinin qəddarlığı sonunu gətirdi

Daha bir polkovnik ... İranda daha bir SEPAH polkovniki öldürülüb. Bu barədə ölkə mediası məlumat yayıb.

İnqilab Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Qasım Nəsiri noyabrın 20-də Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində öldürülüb. Rəsmi məlumatda onun etirazçılar tərəfindən qətlə yetirildiyi bildirilib.

İran hökumətinə müxalif təşkilatlardan bəziləri, o cümlədən İran Xalq Mücahidləri Təşkilatı da, polkovnikin etirazçılar tərəfindən öldürüldüyünü təsdiq edib.

Adı çəkilən təşkilatın saytında verilən xəbərdə onun Sərdəşt şəhərindəki etiraz nümayişlərinə qarşı amansız davrandığı yazılıb.

 





22.11.2022    çap et  çap et