Vaxt.Az

AÇ-də qadınlarımız öndədir


 

Legioner güləşçilərimiz ilk gündə 3 medal qazandı

AÇ-də qadınlarımız öndədir Aprelin 1-də Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı (AÇ) başlayıb. Çempionatın ilk günündə 65 və 97 kiloqram çəki dərəcələrində sərbəst, 48 və 58 kiloqram çəki dərəcələrində isə qadın güləşçilər mübarizə aparıblar.

İÇempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu güləşçisimiz Toğrul Əsgərov 8/1 finalda bolqarıstanlı Borislav Noviçkovla qarşılaşmışdır. Güləşçimiz 4:0 öndə olsa da, arxayınlaşıb və nəticədə 5:13 hesabı ilə məğlub olub. B.Noviçkov yarımfinalda mübarizəni dayandırdığından, T.Əsgərovun təsəlliverici görüşlərə qatılması da mümkün olmamışdır.

Digər idmançımız Xetaq Qazyumov (97 kq) 8/1 finalda Belarus təmsilçisi İvan Yankovskini 7:0, 4/1-də polşalı Kamil Skazikeviçi 6:2 hesabla məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Ukrayna təmsilçisi Pavel Oleynik üzərində (4:0) hesabıyla təmiz qələbə qazanan X.Qazyumov finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada rusiyalı rəqibi Abdusalam Qadisova uduzan idmançımız gümüş medalla kifayətlənib.

Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) 8/1 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb və 14:2 hesabı asanlıqla, 4/1-də Macarıstan idmançısı Mersedes Deneşi isə tam üstünlüklə məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya qalib gələn təmsilçimiz finalda ukraynalı Natalya Pulkovska ilə qarşılaşıb. Son qarşılaşmada da qalib gələn M.Stadnik dördüncü dəfə Avropa çempionu olub.

Qitə birinciliyində 58 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa 4/1 finaldan qoşulub. Bolqarıstanlı Viktoriya Bobevanı 8:4 hesabı ilə üstələyən təmsilçimiz yarımfinalda belaruslu Anastasiya Huçok üzərində (6:1) qazandığı qələbəylə finala adlayıb. Netreba sonuncu mərhələdə - Valeriya Jolobovanı (Rusiya) keçə bilməyib və gümüş medala sahiblənib.

Beləliklə də, Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 1-i qızıl olmaqla 3 medal qazanıblar.

 





02.04.2014    çap et  çap et