Vaxt.Az

Polşada partlayış


 

Yaşayış binasına ciddi xəsarət görüb, yaralılar var

Polşada partlayış Polşanın cənubundakı Tıçi şəhərində təbii qaz partlayışı baş verib. Günorta saatlarında mənzildə baş verən hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Xeyli mənzilə ziyan dəydiyi binadan 23 nəfər təxliyə edilib. Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışdan sonra döyüş meydanına çevrilən bəzi mənzillərdə dağıntılar altında kimsənin qalıb-qalmadığını müəyyən etmək üçün yanğınsöndürənlər axtarış-xilasetmə itlərindən istifadə edib. Ciddi ziyan dəymiş binanın yaşayış üçün yararlı olub-olmaması ekspertlər tərəfindən aparılan araşdırmadan sonra müəyyənləşəcək.

 





01.04.2024    çap et  çap et