Alman mətbuatında yer alan xəbərlərdə bu şəxslərin müşahidə aparmadıqları və xaricdəki missiyalara qatılmadıqları bildirilib.
Yetkinlik yaşına çatmayan əsgərlərin silahdan yalnız təlim məqsədilə istifadə edə biləcəyi vurğulanıb.
2011-ci ildə məcburi hərbi xidmətin ləğv edildiyi Almaniyada hazırkı əsgər sayı 180 mindir və 2031-ci ilə qədər 203 minə çatdırılması hədəflənir.
Ölkədə hərbi sistem peşəkar əsgərlər və könüllülük üzərində qurulub.
Almaniya Parlamentinin Federal Ordu zabiti Eva Högl tərəfindən hazırlanan və martın 12-də Berlində ictimaiyyətə açıqlanan “2023-cü il qiymətləndirmə hesabatı”nda ordunun ən böyük probleminin kadr, infrastruktur və texnika olduğu bildirilib.
Högl orduda “böyük” kadr çatışmazlığı olduğuna diqqət çəkərək, “Nəticəmiz budur ki, ordu yaşlanır və getdikcə azalır”.