Vaxt.Az

Yayda harda dincələk?


 

Hələ may ayı olsa da, artıq istirahət fəsli olan yayın xoş ab-havası duyulmaqdadır

Yayda harda dincələk? Hələ may ayı olsa da, artıq istirahət fəsli olan yayın xoş ab-havası duyulmaqdadır. Bu ab-havaya rəng qatıb havasını dəyişmək, istirahətini xoş keçirmək, ilin stressini atmaq istəyənlər üz tutur ya bölgələrimizə, ya da xarici ölkələrə. «Bu il harada dincəlmək olar?» sualı ətrafında yəqin ki, düşünənlər çoxdur.Turizm şirkətləri işə hazır görünür. Məsələn, tur meneceri Safiyə Əliyeva agentliyin artıq aprel ayından turlar təşkil etdiyini və müxtəlif ölkələrə tur paketlərinin hazırlandığını bildirib. Agentliyin daxili tur paketləri də aktivdir. Belə ki, Azərbaycanın Qəbələ, Lahıc, Masallı kimi bölgələrinə ekskursiyalar, turlar təşkil olunur. Müştərilərə tur paketləri üçün 30-35% endirimlər də edilir.
Digər bir turizm şirkətinin baş direktoru isə müştərilər üçün «Yazda ödə, yayda dincəl» kampaniyasına başladıqlarını və bu kampaniyanın çox uğurlu nəticələr verdiyini bildirib. Bu agentliyə müraciət edən müştərilər əsasən Antalya, Bodruma səyahət edirlər. Agentliyin direktoru bildirib ki, bu ərazilərdə mənzərəli məkanların bol olması vətəndaşları bura daha çox cəlb edir.
Amma bölgələrimizə də istirahət üçün üz tutanlar az deyil. Turizm agentliklərinin başının işə əməlli-başlı qarışacağını nəzərə alıb, paytaxt sakinlərinin də istirahət üçün hansı məkanlara baş çəkəcəklərini soruşduq. Xarici ölkələrə maraq olsa da, sakinlər daha çox doğma bölgələrimizə səyahət etmək istədiklərini bildirdilər.
 





31.01.2012    çap et  çap et